Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kral ailəsinin tək gəlini bir geyimi 4-cü dəfə geyindi

05.03.2020 11:15

Eyni geyimi bir neçə dəfə geyinən Keyt Midelton qatıldığı son tədbirdə eyni geyimi 4-cü dəfə geyinib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Keyt “Luisa Spagnoli”nin dizayn etdiyi qırmızı kostyumu son olaraq Uşaqların Zehni Sağlamlığı Həftəsi çərçivəsində ziyarət etdiyi Mitchell Brook məktəbində geyinib.

Midelton bu kostyumu ilk dəfə 2011-ci ildə Şahzadə Villiamsla nişanlandıqdan sonra qatıldığı ilk tədbirə geyinib. İkinci dəfə 2014-cü ildə Yeni Zellandiyada Christchurch ziyarəti zamanı golf oynayarkən üzərində daşıyıb.

2015-ci ildə kraliçanın Yeni il dəvətində də Keyt eyni qırmızı geyimlə kameralar tərəfindən görüntülənib. Bununla da kral ailəsinin gəlini 6 ildə eyni geyimi 4 dəfə geyinib. İngilis mətbuatında onun sadə və şık geyim stili qaynanası Kraliça Diananın tərzinə bənzədilir.