Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kralın sirri ortaya çıxdı: İvanka Trampı pullara boğdu

05.03.2020 11:15

Səudiyyə Ərəbistanı ilə BƏƏ Qətərə qarşı birləşərək gərginliyin artdığı bir vaxtda Kral Salman ilə iş adamları İvanka Trampın fonduna 100 milyon dollar göndərib. Bu, xəbəri eşidən hər kəsin diqqətini çəkib və insanlar “Suriyada insanlar öldürülür, lakin yardım məzlumlara deyil, İvankaya gedir” deyə sərtlik nümayiş etdiriblər.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, dünyanın fikri Yaxın Şərqə cəmləndiyi bir vaxtda bu gərginliyin ortasına ABŞ prezidentinin qızı İvanka Tramp girib. Qalmaqalın səbəbi isə Kral Salmanın İvanka Trampa verdiyi pul yardımının gizli olması idi. Müzakirələrin fitilini isə ABŞ prezidenti Donald Trampın ziyarəti alovlandırıb. Bildiyimiz kimi bu yaxınlarda Donald Tramp Səudiyyə Ərəbistanına getmişdi. Bu görüşdə ona həyat yoldaşı Melania Tramp və qızı İvanka da yoldaşlıq etmişdi. Görüş zamanı başda Kral Salman olmaqla Səudiyyə Ərəbistanı və BƏƏ-nin iş adamları İvankanın Qadın Sahibkarlar Fonduna 100 milyon dollar pul köçürtməyə söz verib. Həmin pulların isə Dünya Bankı tərəfindən göndəriləcəyi bildirilib. Bu yardımın Qətər gərginliyinin yaradığı bir vaxtda üzə çıxması insanlar arasında böyük səs-küyə səbəb olub.

Firuzə Alimova