Kreditə və ya borca pul götürüb qurban kəsmək düzgündür?
05.03.2020 11:15Artıq Qurban bayramına sayılı günlər qalıb. Müsəlmanlar bayramlaşmağa, qurban kəsməyə və yardımlaşmağa hazırlaşır.
Об этом сообщает Роспрес
İmkanlı üçün Qurban bayramının yaxınlaşmağının bir o qədər də əhəmiyyəti yoxdur. İmkansız isə qurbanı hansı pulla kəsəcəyini düşünür. Kimisi qohum-tanışından borc alır, kimisi isə kreditə pul götürür…
Bəs görəsən kredit və ya borc pula qurban kəsmək düzgündürmü? İlahiyyatçı Elşad Miri A24.Az-a açıqlamasında bildirdi ki, imkanı olmayan kredit və ya borcla qurban kəsəcəksə, bayramın əsas məğzi və məqsədi bir kənarda qalır:
“İslamda iki bayram var. İkisi də sosial paylaşma məqsədlidir. Ramazan bayramından qabaq fitrə sədəqəsi verilir ki, kasıblar da bayramı keçirə bilsin. Eləcə də Qurban bayramında, imkanlı qurban kəsir ki, kasıblara paylasın və onlar da ət yeyə bilsinlər”.
İlahiyyatçı bir qurbanlığa bir neçə nəfərin ortaq olması mövzusuna da toxunub:
“İnək və dəvəni 7 nəfərə qədər insan yığışıb kəsə bilər”.
Nərmin Kərim

