“Kreml müharibə ehtimalından əmin olmaq istəyirdi” – Politoloq Moskva görüşündən DANIŞDI
05.03.2020 11:15“Gözlənildiyi kimi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü də nəticəsiz qaldı”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edərəkən deyib.
Politoloqun sözlərinə görə, görüşün yekunları ilə bağlı yayılan və heç bir məna ifadə etməyən 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir: “Tərəflər Vyana vəSankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsininzəruri olduğunu vurğulayıblar”.
Siyasi şərhçi qeyd edib ki, məgər prezidentlərin 2016-ci ildə Vyana vəSankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub?
“Yeganə şifahi razılıq o olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki? Əksinə bu bizim maraqlara zidd olanstatus-kvonun uzanması deməkdir. Moskvadakı görüşün bir mənası var idi: Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Buna əmin oldumu– bunu gələcək aylar göstərəcək”, – deyə o bildirib.

