Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Küçəyə atılan uşağı pişik xilas etdi

05.03.2020 11:15

Rusiyada Obninsk şəhərindəki evsiz pişik dünyanın qəhrəmanına çevrilib.

Об этом сообщает Футляр от виолончели

Buna səbəb onun küçəyə atılmış bir körpəni himayə edib, ölümdən xilas etməsi olub. Lenta.ru saytının xəbərinə görə, 2 aylıq körpəni yaşayış binasının zibilliyinə atan şəxslər onun möcüzə ilə xilas olacağını bilməyiblər. Belə ki, körpəni yerləşdirdikləri qutu evsiz pişiyə məxsus olub. Sibir cinsindən olan pişik isə bir neçə saat boyunca o körpəni isidib və ətrafdakıların diqqətini cəlb etmək üçün aramsız miyoldayıb.

Nəhayət, onun cəhdləri uğurla nəticələnib və yoldan keçənlər körpəni fərq ediblər. Uşaq xəstəxanaya aparılıb. Onun tam sağlam olduğu üzə çıxıb. Evin sakinləri isə pişiyi dadlı yeməklərlə mükafatlandırıblar. (musavat.com)