Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kürd mafiyasının silahlandırdığı PKK Qara dənizdə təşkilatlandı – Türkiyənin bu bölgəsinə böyük təhlükə

05.03.2020 11:15

Gürcüstandaki yezidi kürd mafiya PKK-nı dəstəkləyib silah satır. Qara Dənizdəki təşkilatlanmada da bu mafiya qruplarının payı böyükdür.

Об этом сообщает Руспрес

Şakro Molodoy istər Rus mafiyası daxilində, istərsə də beynəlxalq mafiya dünyasında tanınan biridir.

Ancaq çox az adam 8 il İspaniyada həbsdə olan Şekronun yezidi bir kürd olduğunu bilir. “Beynəlxalq mafiya atası” Keleşov ötən ayın sonunda sərbəst buraxılıb və Rusiyaya qayıdıb.

Əsl adı Zaxari Kalaşov olan Şakro Molodoy yezidi inancına görə pir sinfinə mənsubdur. yezidi bir kürd olan Ded Həsən ləqəbli Rusiyanın ən böyük mafiya atası Aslan Usoyan 2012-ci ildə öldürüldükdən sonra Şakro rəqibsiz qaldı. Buna görə də ona “Beynəlxalq Mafiya Atası” deyilir.

Dünya cinayətkar xəritəsinə görə, rus mafiyası birinci sırada yer alır.

KÜRDLƏR VƏ MAFİYA

Kürd mafiya liderlərinin çoxu Sovet Rusiyadan ayrılan Gürcüstandan çıxdı. Ded Həsən və Şakro, Gürcüstanın paytaxtı Tiflisin gettolarında, dövrün zalım hakimiyyətinə qarşı çıxaraq yeraltı dünyasına girdi.

İki mafiya atası da başlıca iş kimi qara pul və narkotik dünyasını seçdi. Şakronun həyatı maraqlı, dəhşət və mənfi hadisələrlə zəngindir. O, həyatının çoxunu bu işlərə görə həbsxanalarda keçirib.

Sovet Rusiyasında hər kürd gənc kimi, Şekro da bir çox çətinlik və təzyiq yaşadı. Digər bir çox Kürd gənci kimi o da üzünü mafiya dünyasına çevirdi.

GÜRCÜSTANDAN RUSİYAYA

İlk evliliyini bir kürd müəllimlə edən Şekro, deyilənlərə görə, həyat yoldaşının təsiri ilə mafiya dünyasına yönəlib. Bu evliliyindən bir qızı olan Şakro, daha sonra bir rus qadınla evlənib və bu evlilikdən də 3 uşağı var.

Şakronun mafiya dünyasında işləri Gürcüstanın hüdudlarından kənara yayılır və 1988-ci ildə o, Rusiyanın Kabarda-Balkar bölgəsinin paytaxtı Nalçikə köçür. Bir müddət sonra isə Vladimirsky şəhərinə keçərək, şəbəkəsini genişləndirməyə davam edir. Ta ki 1992-ci ildə Rusiyanın paytaxtı Moskvaya köçənə qədər.

Hazırda böyük kapitala sahib olan Şakro, çox sayda fabrik və şirkət işlədir. Ancaq İspaniya və Gürcüstandakı var-dövlətinin çoxu müsadirə olunub.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ YAXALANDI

Rusiyada şəbəkəsini genişləndikcə, düşmənləri də artan Şakro, 2000-ci ildə İspaniyaya getdi. İspaniya polisi tərəfindən həbs əmri çıxarılan Şakro, həbs olunmadan Rusiyaya qayıdır.

Rus və ispan polisi ilə İnterpolun tutmağa çalışdığı mafiya atası, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində ələ keçir. İspaniyaya təslim edilən və 8 il həbsdə qalan Şakro okstyabrın 29-da sərbəst buraxıldı.

Həbsdən çıxdıqdan sonra onunla əlaqə yaratmağa “Rüdaw” müxbiri, vəkili David Yuriviçin “Şakroyla görüşünüz mümkün deyil və o mediaya danışa bilməz” cavabını alıb.

BİR NƏFƏRLİK HƏBSXANADA 5 İL

İspaniya, BƏƏ, Rusiya və Gürcüstanda Şakronun vəkilliyini edən David Yuriviç məşhur mafiya atası ilə bağlı “Rüdaw”a bəzi məlumatlar verib.

Devid Yuriviç BƏƏ-nin əvvəlcə Şakronu İspaniyaya vermək istəmədiyi, ancaq təşəbbüslər nəticəsində İnterpol vasitəsilə təslim təslim etdiyini söyləyib.

“Şakro 5 il ərzində birnəfərlik həbsxanada, kamerayla izlənərək yatdı. İlk iclaslarda tərcüməçi vasitəsilə ifadə verdi. Daha sonra ispanca öyrənib özü ifadə verməyə başladı. Məhkəmə sədri vəziyyət qarşısında çaşıb qaldı. Şakro oxumağı çox sevir və qısa müddətdə dil öyrənir”, – deyə Yuriviç bildirib.

BƏRZANİNİN KİTABINA HEYRANDIR

Şakronun din, tarix və siyasət üzərində çox kitab oxuduğunu qeyd edən vəkil Yuriviç,ondan yeni kitablar istədiyini də söyləyib: “Şakro əsasən kürd tarixi haqqında kitablar istədirdi. Xüsusilə cənab Məsud Bərzaninin Kürdüstanın qurtuluş hərəkatı haqda yazdığı və rus dilinə tərcümə olunan kitabına heyran qaldı. Həmçinin yezidilik dini üzərində yazılan kitabları da çox oxuyur”.

MİXAİL SAAKAŞVİLİNİN İNTİQAMI

Yuriviç, Şakronun İspaniyada cəza almasından sonra, dövrün Gürcüstan lideri Mixail Saakaşvilinin vəziyyəti fürsət bilib, Şakroya 18 il cəza verilməsinə səbəb olduğunu deyib. Saakaşvilinin Şakroya şəxsi kini olduğunu deyən Yuriviç bildirib ki, Şakronun Gürcüstanlı bir aktrisa ilə əlaqəsi var imiş. Saakaşvilinin də o qadından xoşu gəldiyinə görə belə intiqam almağa çalışırmış.

ŞENGAL FACİƏSİYLƏ DARMADAĞIN OLDU

Şakronun televiziyadan Şengal (Sincar) faciəsini gördüyünü deyən Devid Yuriviç, “Kürdüstandakı son vəziyyət, xüsusilə də Şengal faciəsi onu dərindən sarsıtdı. Sanki darmadağın oldu. İspaniyadan Rusiyaya qayıdarkən təyyarədə yanında idim. Yorğun olmasına baxmayaraq, Şengal və Kobanini soruşdu. Peşmərgə və döyüşçülərin qələbə videoları və fotoşəkillərini ona göstərəndə çox xoşbəxt oldu”, – deyə bildirib.

KÜRD OLDUĞUNA GÖRƏ FƏXR EDİR

Deyilənlərə görə, Şakro siyasi kürd hərakatlarına daim dəstək verən şəxslərdən biridir. Bu barədə vəkili deyib: “Şakro, millətinə sıx duyğular bəsləyən biridir.Kürdüstanlı qaçqınlara yardım etdiyi doğrudur. Açıq şəkildə yardım göndərə  bilmir, ancaq Şakronun millətini heç vaxt unutmadığını rahatlıqla deyə bilərəm. Şakro, kürd olması ilə və milləti ilə qürur duyur”.

Mənbə: Rûdaw