Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kürdəmir və Yevlaxda ağır qəza: 1 ölü, 5 yaralı – VİDEO

05.03.2020 11:15

Ağsu -Kürdəmir-İmişli yolunun Kürdəmirin Qaraqocalı kəndindən keçən hissəsində minik avtomobilinin yük maşını ilə toqquşması 1 nəfərin ölümü ilə nəticələnib.

Об этом сообщает Руспрес

A24.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Cəlilabad sakini, 39 yaşlı Əhliman Soltanovun idarə etdiyi qoşqulu yük maşını Kürdəmir sakini, 51 yaşlı İlqar Şərəfxanovun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Minik avtomobilinin sürücüsü İlqar Şərəfxanov hadisə yerində dünyasını dəyişib.

Kürdəmir sakini, 40 yaşlı Zaur Məcidov isə idarə etdiyi nəqliyyat vasitəsini qəzadan yayındırmaq istəyib və avtomobil yoldan çıxararaq su arxına düşüb.

Yevlaxda isə zəncirvari qəzada 5 nəfər xəsarət alıb. Hadisə ötən gecə Yevlax-Bərdə yolunda baş verib. Sürücü sükana nəzarəti itirib və maşını əvvəlcə motosikletə, sonra isə başqa bir minik avtomobilinə çırpıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.