Kürdəmirdə traktor piyadanı vurdu
05.03.2020 11:15Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Süleyman Xasay oğlu Quliyev idarə etdiyi traktorla yolu keçən piyada, Kürdəmir rayonun Karrar kənd sakini, 1982-ci il təvəllüdlü Yusif Oqtay oğlu Rüstəmovu vuraraq öldürüb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

