Kürdlər referendumu təxirə sala bilər- Bu şərtlərlə
05.03.2020 11:15İraq Kürd dövləti 25 sentyabrda keçiriləcək müstəqillik referendumunu təxirə salmaq üçün şərtlər irəli sürüb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, İraqın paytaxtı Bağdadda görüşən kürd heyəti və Milli Şiə Koalisiyası nümayəndələri məsələni müzakirə edib. İraq hökümətinə referendumu bir neçə ay sonraya təxirə salmaq üçün tələblər irəli sürülüb:
1.Kürd bölgəsinə kəsilən büdcənin bərpası
2.İraq konstitusiyasının 140-cı maddəsinin tətbiqi (Kərkük başda olmaqla, mübahisəli ərazilərin statusunun müəyyənləşdirilməsi)
3.Kürdlərin İraq hökümətində əvvəlki yerlərinin bərpası
4.İraq ordusunda kürdlərin sayının artırılması
Həmçinin razılaşmanın referendumun təxirə salınmasını istəyən BMT Təhlükəsizlik Şurası, ABŞ nümayəndələrinin iştirakı ilə və yazılı formada mümkün ola biləcəyi İraq hökümətinə bildirilib. (Qaynarinfo.az)

