Kurikulum ləğv edilir? – Təhsil Nazirliyindən müəllimlərin gözlədiyi CAVAB
05.03.2020 11:15Təhsil Nazirliyi orta məktəblərdə kurikulumla təhsil sisteminin ləğv ediləcəyi barədə məlumatlara aydınlıq gətirib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, bu sistem ləğv oluna bilməz: “Kurikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir: “Kurikulum həmişə olub, bu gün var və gələcəkdə də olacaq. Kurikulum təhsilin məzmunudur və bunsuz təhsil olmur. Onu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Belə bir məsələ absurd ifadədir. Kurikulum eyni zamanda hər zaman təkmilləşən bir sahədir”.

