“Kurtlar Vadisi Pusu”nun hansı kanalda göstəriləcəyi bəlli oldu
05.03.2020 11:15Bu mövsüm yayımlanmayan “Kurtlar Vadisi Pusu” serialından xəbər var.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, uzun illərdir reytinq rekordları qıran serialın efirə qayıtmağa hazırlaşdığı iddia olunur.
Məlumata görə, “Kurtlar Vadisi Pusu” sentyabr ayının əvvəlindən yayıma başlayacaq. Daha əvvəl Show TV, Star TV, TNT, ATV və Kanal D-də yayımlanmış serial indi yeni kanala keçir. “Kurtlar Vadisi Pusu”nun həftənin cümə günləri TRT 1-də efirə çıxacağı ehtimal edilir.
Qeyd edək ki, ötən ilin 15 iyulundakı uğursuz çevriliş cəhdindən sonra “Kurtlar Vadisi Pusu” ilə bağlı müxtəlif məlumatlar yayılmağa başlayıb. “Pana Film” rəhbərliyi çevriliş cəhdindən bir müddət əvvəl “Kurtlar Vadisi Darbe” filminin patent hüququnu alıb. Buna görə də şirkət rəhbərliyinin çevriliş cəhdindən xəbərdər olduğu bildirilir. “Pana Film”lə bağlı başladılan istintaq yekunlaşıb və şirkət rəhbərliyinin günahsız olduğu ortaya çıxıb.
Bu günlərdə “Pana Film” “Kurtlar Vadisi Vatan” filmini çəkir.

