Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kütləvi məzarlığın kimə aid olduğu bəlli oldu

05.03.2020 11:16

Mosulun qərbində yerləşən Sincarda tapılan 31 kütləvi məzarda İŞİD-in qətlə yetirdikləri yezidilər olduğu məlum olub.

Об этом сообщает Руспрес

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1646 nəfərin cəsədinin yezidilərə aid olduğu bildirilib.

Rəsmilərin verdiyi xəbərə görə, yezidilərə aid 50 ədəd belə kütləvi məzarlıq aşkar edilib.

İraq Kürd Regional Rəhbərliyinə (IKBY) aid Peşmərgə qüvvələri Sincar rayonunu 2015-ci ildə İŞİD-dən azad edib.

İŞİD-in apardığı əməliyyatlarda iştirak etmək üçün bölgəyə gələn PKK burada düşərgə salıb və hal-hazırda regiona nəzarət edir.

İraq-Suriya sərhədinə 40 kilometr məsafədə yerləşən Sincarda Kürdlər, Ərəblər və yezidilər yaşayır.