Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lalə Məmmədova Aygün Səmədzadəyə – “Məktəb illəri ” mahnısını elə öz bakılısına oxutdurardı, mənə yox!

05.03.2020 11:16

Məşhur müğənni Lalə Məmmədova Aygün Səmədzadəni təhqir edənlərə sərt ismarış göndərib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, məşhur bəstəkar Aygün Səmədzadənin “Facebook” sosial şəbəkəsində rayonlular haqqında yazdığı paylaşımı izləyiciləri tərəfindən tənqidə məruz qalıb. Buna cavab olaraq məşhur müğənniLalə Məmmədova öz “İnstagram” səhifəsində bəstəkarla birlikdə çəkdirdiyi fotonu paylaşaraq təhqirlərə cavab verib:

“Sözüm elimizin, obamızın, incəsənətimizin savadlı, ziyalı nümayəndələrinin sözlərini təhrif edənlərədir! Bu qədər də olmaz! Əlinə qələm götürən şəxs qələminin ve jurnalistika sahəsinin məsuliyyətini dərk etməlidir!

İllər öncəsi mənə ve Aygün xanıma böyük uğur gətirən “Məktəb illəri” mahnısını Aygün xanım mənə etibar edəndə mənim bakılı və ya rayonlu olmağım Aygün xanım üçün önəmli olmamışdı! Nəinki mənim, mənim kimi Aygün xanınım digər mahnılarını oxuyan və ömürlük vizit kartı qazanan başqa ifaçi və sənətkarların da həmçinin. Baxın, anam taliş,atam isə azərbaycanlıdır. Bakıda doğulsam da cənub mənim üçün Bakı qədər əzizdir❤️ Bununla mən Azərbaycanımı bölgələrə bölmək istəmirəm, sadəcə aydınlıq gətirirəm. Egər Aygün xanım üçün bu bir önəm daşısaydı “Məktəb illəri ” mahnısını elə öz bakılısına oxutdurardı, mənə yox! Azərbaycan musiqisinə böyük töhfələr verən bir insanın haqqında xoşagəlməyən fikirlər yazanlar görəsən özləri bu Vətən, bu torpaq üçün nəsə edə biliblər?!”

A24.az fotonu sizə təqdim edir:

Brilyant Rəsulova