Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Lamborghini” bütün dünyada olan avtomobillərini geri çağırır

05.03.2020 11:16

İtaliyanın “Lamborghini” superkar istehsalçı şirkəti alışma riskinin olması səbəbi ilə bütün dünya üzrə təxminən 5,9 min avtomobili geri çağırır.

Об этом сообщает Руспрес

Saytımızın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

Məlumatda deyilir ki, geri çağırma yanacaq sistemindəki nasazlıqla bağlıdır. Bu nasazlıq səbəbindən avtomobil alışıb yana bilər. Hazırda nasazlıq üzündən xəsarət alanlar barədə şirkətin məlumatı yoxdur.

Geri çağırışa daha çox “Aventadors” və “Veneno” modelləri aiddir. Şirkət bütün tarixi fəaliyyəti ərzində yalnız 12 “Veneno” superkarı buraxıb və onların qiyməti 4 milyon dollardan başlayır.

Qeyd edək ki, “Lamborghini” şirkəti 1963-ci ildə yaradılıb. O, “Volkswagen” konserninin tərkibinə daxildir.