Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Lapşinin Şahbaz və Dilqəmlə dəyişdirilməsi məsələsi Milli Məclisdə müzakirə ediləcəkmi? PARLAMENTARİLƏR DANIŞIR

05.03.2020 11:16

“Lapşinin Şahbaz və Dilqəmlə dəyişdirilməsi məsələsini Milli Məclisdə müzakirə etmək olar”

Об этом сообщает Роспрес

Bu sözləri A24.Az-a açıqlamasında Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, fevralın 7-də Azərbaycana ekstradisiya olunan Aleksandr Lapşinin seperatçı rejim tərəfindən həbs edilən Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişdirilməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu məsələni indi gündəmə gətirmək düzgün olmazdı:

“Çünki Lapşinlə bağlı hüquqi proses hələ davam edir. Bu proses yekunlaşdıqdan sonra, bu mövzular ətrafında düşünmək olar. Əgər təkliflər olarsa, Azərbaycan tərəfi belə bir məsələni dəyərləndirə bilər. Amma burada əsas prinsipial məsələ başqadır. Burada Rusiyanın mövqeyi ilə bağlı məsələ ciddi müzakirəyə çıxarılmaldır. Çünki Rusiya vətəndaşı olan Dilqəmlə bağlı eyni addımı atmır. Ancaq başqa ölkələrin vətəndaşı olan biri ilə bağlı ən sərt formada addım atır. Bu səbəbdən də Azərbaycan da hardasa az da olsa, qınayıcı mövqe tutur. Bunun aydınlaşdırılmasına ehtiyac var”.

“Əgər doğurdan da narahatçılıq vardısa, Rusiya niyə öz vətəndaşı haqqında Ermənistana nəsə demədi? Niyə gedib onunla görüşməyiblər? Dilqəm Azərbaycan vətəndaşı deyil ki, Rusiya vətəndaşıdır. Onlar üçün vətəndaşın fərqi var? Hansısa vətəndaşın buynuzu olmalıdır ki, onun dalıca düşsünlər? Dilqəm tək Rusiya vətəndaşıdır. Lapşin isə həm İsrail, həm Ukrayna, həm də Rusiya vətəndaşıdır. Necə ola bilir ki,  üç ölkə vətəndaşlığı olan birini əlahiddə bir dəyər kimi götürürsünüz. Amma öz vətəndaşınıza qarşı bu qədər hörmətsiz yanaşırsız. Bunun cavabı nədir? Ona görə də ilk olaraq bu məsələlərin aydınlaşdırılmasına ciddi ehtiyac var. Ümid edirəm ki, Rusiya tərəfi məsələdə konstruktiv mövqe tutmağı bacaracaqdır”, – deyə millət vəkili bildirib.

“Lapşinin cinayətləri ədalət məhkəməsi bitəndən sonra digər məsələlər haqda danışa bilərik”- A.Mollazadə

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə A24.Az-a açıqlamasında, hazırda Aleksandr Lapşinin törətdiyi cinayət işləri ilə bağlı istintaqın getdiyini deyib:

“Hələ ki, Aleksandr Lapşininin məhkəməsi olmayıb. İlk növbədə bu adam öz törətdiyi cinayətlərə görə cavab verməlidir. Bundan sonra kimlə necə və ya nə cür dəyişiləcəyi isə sonrakı məsələdir. Hazırda istintaq gedir. Lapşinin cinayətləri ədalət məhkəməsi bitəndən sonra digər məsələlər haqqında danışa bilərik”.

A.Lapşinin ermənilər tərəfindən həbs edilən Şahbaz Quliyev  və Dilqəm Əsgərovla dəyişdirilməsi məsələsi Milli Məclisdə təklif kimi səsləndirilə bilərmi? sualına isə millət vəkilinin cavabı belə oldu:

“Məhkəmə bitməyənə qədər istintaqın və onların işinə müdaxilə etmək olmaz”, – deyə A.Mollazadə bildirib.

“Bütün bu məsələlərin kökündə elə Rusiyanın özü dayanır. Buna görə də heç bir halda onlar Dilqəm Əsgərovla Lapşinin dəyişməzlər” – F.Quliyev

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu dəyişilməyə Rusiyanın icazə verməyəcəyinə diqqət çəkib:

“Bu haqda Milli Məclisdə millət vəkili kimi çıxış edərəm ya etmərəm bunun əhəmiyyəti yoxdur. Çünki heç nə dəyişməyəcək. Alenksandr Lapşin də rusiya vətəndaşıdır, Dilqəm Əsgərov da. Rusiyanın Dilqəm Əsgərovla bağlı münasibətləri tamam fərqli oldu. Şahbaz və Dilqəm öz dədə-baba torpağında yaxınlarının qəbirlərini ziyarət edirdirlər. Separatçı rejim də onları saxlayıb və uydurma bir məhkəmə qurub, onları həbs ediblər. Rusiya isə buna o vaxt heç bir söz demədi. Bütün bu məsələlərin kökün də elə Rusiyanın özü dayanır. Qarabağın işğalını, Xocalı soyqırımını, 20 yanvar hadisəsini də Rusiya törədibdir. Bunların Azərbaycan türklərinə xüsusi bir anti-patiyası var. Buna görə heç bir halda onlar Dilqəm Əsgərovla Lapşinin dəyişməzlər”.

“Bu məsələni (A.Lapşinlə Şahbaz Quliyev və Dilqəm Əsəgərovun dəyişdirilməsini) Milli Məclisdə qaldırmaram. Çünki bunun həqiqətən də olmayacağını bilirəm”, – deyə deputat əlavə edib.

Qeyd edək  ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın  dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Orxan Aslanlı