Lavrov Qarabağ münqaişəsinin həll yolunu açıqladı
05.03.2020 11:16Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.
Об этом сообщает Руспрес
A24.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İ.Kant adına Baltika Federal Universitetinin tələbələri qarşısında çıxış edərkən deyib.
Nazir bildirib ki, bu münaqişə ancaq razılaşma yolu ilə həll ouna bilər: “Yalnız razılaşmaq, başqa yol yoxdur”. “Danışıqlar prosesinin uzun müddətli dövrü üçün razılaşma əldə olunur amma bu razılıqlar müxtəlif formalarda qəbul edilirdi. Tərəflər razılaşma əldə olunmasına dəfələrlə yaxın olublar. Hətta məsafədən uzadılmış əl qədər yaxın. Amma razılaşma sonunda tərəflərdən birini etibarsızlıq instinkti buna imkan verməyib. Amma bütün bunlara baxmayaraq işi davam etdirmək lazımdır”, – deyə Lavrov əlavə edib. Lavrovun sözlərinə görə, baxmayaraq ki, danışıqlar zamanı bəzi prinsiplər artıq hazırlanıb. Ancaq çox incə məsələlərə toxunan bir sıra mürəkkəb detallar o cümlədən daxili siyasi məsələlər var ki, onlar barəsində razılaşma lazımdır. Biz öz işlərimiz davam etdirik. Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkədir. Münaqişə tərəfləri ilə mütəmadi olaraq görüşürük və bu üçlük çərçivəsində bundan sonra da hələlik razılaşdırılmamış xırda, çox ciddi detalları necə həll edəcəyimiz barədə düşünəcəyik”.

