Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lavrovdan Şimali Koreya və ABŞ açıqlaması – “Sanki bağçada uşaqlar bir-birilə…”

05.03.2020 11:16

BMT-nin 72-ci iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünyada baş verən proseslərə münasibət bildirib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, Lavrov ilk növbədə Şimali Koreya-ABŞ qarşılaşmasından danışaraq deyib:

“Çin ilə məntiqli yol izləməyə davam edəcəyik. Amerika və Şimali Koreya arasında vəziyyət buna bənzəyir: Sanki bağçada uşaqlar bir-birilə mübahisə edir və kimsə onları dayandıra bilmir”.

Lavrov Myanmar böhranının həll edilməsi ilə bağlı hər kəsin siyasi dialoqa başlayacağının fərqində olduğunu deyib. “Myanmar səlahiyyətlilərin beynəlxalq cəmiyyətin fikirlərini nəzərə alınması ilə başladı. Onlar beynəlxalq təşkilatların tövsiyyələrini tətbiq etmək üzərində işləyirlər. Hesab edirəm ki, hər kəs siyasi dialoq prosesinə keçidi anlayır “.

Fələstin-İsraillə bağlı narahatıq

Rusiyanın Fələstin-İsrail böhranında də vasitəçilik təklif etdiyini dilə gətirən Lavrov “Fələstin-İsrail böhranının həll edilməməsinə görə narahatıq. 70 illik Fələstin problemi maraqlı qüvvələrin gəncləri öz tərəflərinə çəkmək üçün istifadə edilir. Danışıqlara hazır olduqları zaman biz məsələnin həll edilməsinə kömək edəcəyik. Müzakirələrin aparılmaması bölgə və Fələstin-İsrail əlaqələrinə çox mənfi təsir edir.

Vüsalə Əlövsətqızı