Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ləğv edilən komitədə təhvil-təslim işləri başlandı – EKSKLÜZİV

05.03.2020 11:16

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin (DTXK)  ləğv edilməsi ilə bağlı işlərə start verilib.

Об этом сообщает Роспрес

Saytımızın  əldə etdiyi məlumata görə, DTXK-nin ləğv edilməsi ilə bağlı yaradılan ləğvetmə komissiyası artıq təhvil-təslim işlərinə başlayıb. Mənbəmiz deyib ki, müxtəlif dövlət qurumlarının nümayəndələrindən formalaşdırılan komissiya ləğvetmə ilə bağlı müvafiq tədbirlər görür: “Eyni zamanda ləğvetmə ilə bağlı işçi qrup yaradılıb və onlar  da paralel olaraq öz işlərini görürlər. Hər kəsin konkret tapşırığı var və ləğvetmə işi də bu istiqamətdə davam edir. Yəni işlər qanunvericilkdə nəzərdə tutulmuş ardıcıllıqla aparılır”.

Mənbəmizin dediyinə görə, komissiyanın işinin nə vaxt yekunlaşacağı dəqiq bilinmir: “Bu proses qanunvericiliklə tənzimlənən işdir. Yəqin işlər nəzərdə tutulan vaxta kimi yekunlaşar”. Qeyd edək ki, təkcə DTXK-nin Aparatında 10 şöbə olub. Bundan başqa, komitənin nəzdində Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elmi-İstehsalat Mərkəzi, Bakı Kartoqrafiya Fabriki fəaliyyət göstərib. Ləğvetmə komissiyasının araşdırmalarından sonra  komitənin işçilərinin digər qurumlara yerləşdirilməsi gözlənilir. Amma bütün hallarda DTXK-nin əməkdaşlarının taleyinin necə olacağı komissiyanın işindən sonra məlum olacaq.

Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 6-da imzaladığı fərman ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Fərmana əsasən, DTXK-nin səlahiyyətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövlət Sərhəd Xidmətinə verilib. Həmçinin, fərmana əsasən Nazirlər Kabineti iki ay müddətində daşınmaz əmlaka növündən asılı olmayaraq mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın vahid formasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir. Eyni zamanda, torpaq sahəsinin plan və ölçüsünün vahid nümunəsinə və təsvirinə dair və prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlanıb iki ay müddətində ölkə rəhbərinə təqdim edilməlidir.

Fərmana görə, Nazirlər Kabineti normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat verəcək. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Atif Sarıxanlı