Ləğv olunan şirkət göyçaylı milyarderə məxsus olan “Aznar” deyilmiş – AÇIQLAMA
05.03.2020 11:16“Aznar” şirkətinin bağlanması xəbəri yalan çıxdı.
Об этом сообщает Футляр от виолончели
Mətbuatda yayılan məlumata görə, iclasın gündəliyinə “Aznar” QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.
A24.az olaraq “Aznar” QSC ilə əlaqə saxladıq. Bildirdilər ki, məlumat səhv gedib. Bağlanan müəssisə “Aznar” QSC deyil, “Az-nar” QSC-dir.
Məlumatın doğruluğunu öyrənmək üçün adı çəkilən müəssisə ilə də əlaqə saxladıq. Telefonumuza “Az-nar” QSC-nin direktoru Asif Əhmədov cavab verdi. O bildirdi ki, bağlanan müəssisə bizimdir. Hələ ki, bağlanma səbəbini açıqlamaq istəmirik.
Qeyd edək ki, “Aznar” şirkətinin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən “Aznar” Direktorlar Şurasının sədridir.
Elvin Paşazadə

