Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Leninin son heykəlini də yıxdılar

05.03.2020 11:16

Üç il əvvəl Ukraynada baş vermiş qiyamın ardından ölkədə Sovetlər Birliyinin öndəgələn liderlərinin heykəlləri ard-arda yıxılıb.

Об этом сообщает Роспрес

Saytımızın xarici KİV-ə istinadən məlumatına görə, bu günlərdə Kiyevdə Sovet inqilabının lideri Leninin son abidəsi də dağıdılıb.

“Sevodniya” qəzetinin yaydığı məlumata görə, Kiyevin Qolosiyevski məhəlləsində olan Lenin heykəlinin götürülməsi üçün bir müddət öncə şəhər bələdiyyəsi vəsait ayıraraq işçilərini göndərsə də, onlar heykəli tapa bilmədikləri və saxta sənədlərlə çoxdan götürülməsi barəsində məlumat veriblər. Aylar sonra heykəlin hələ də yerində qaldığı məlum olub. Amma bələdiyyə bunun üçün yenidən vəsait ayırmaqdan imtina edib. Abidənin yerləşdiyi torpaq sahəsinin sahibi isə öz vəsaiti hesabına heykəli götürtdürüb.