Lənkəranda bəbir gəncə hücum etdi – Bəbiri öldürən həbs edilə bilərmi?
05.03.2020 11:16Lənkəranda bəbir Ruslan adlı şəxsə hücum edib. Nəticədə şəxs bəbiri öldürüb.
Об этом сообщает Роспрес
Ruslan əlindən zədə alıb.
Bildiyimiz kimi, bəbir Azərbaycanda qorunan və ovlanması, öldürülməsi qadağan edilən heyvanların siyahısına daxildir, adı “Qırmızı Kitab”a düşüb. Bu halda gənc cinayət məsuliyyətinə cəlb edilə bilərmi?
Hüquqşünas Tahir Əlirzayev A24.Az-a bildirdi ki, əgər bəbir ovlanmaq məqsədilə öldürülürsə, şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. “Əgər ekspertiza müəyyən etsə ki, gənc özünü müdafiə məqsədilə bəbiri öldürüb, onu heç bir məsuliyyət gözləmir”.

