Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lənkəranda heyvanın qəfil yola çıxması ağır yol qəzasına səbəb oldu – Ölənlər var

05.03.2020 11:16

 Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var.

Об этом сообщает Футляр от виолончели

Saytımızın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” və “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin “VAZ”-ın sürücüsü və sərnişini olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Xəsarət alanlar – Astara sakini 1984-cü il təvəllüdlü  Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.

Qəzanın bəzi təfərrüatları məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən “Mercedes”in sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil heyvanı vurub öldürüb, daha sonra “VAZ”a çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Ölən şəxslərin “VAZ”ın sürücüsü və sərnişini olduğu bildirilir.

Ölənlər Lənkəranın İstisu kənd sakinləri – “VAZ 2107”nin sürücüsü Kamran Xudiyev və sərnişini, 1972-ci il təvəllüdlü Səbirə İmran qızı Əlimirzəyevadır. Qəza zamanı xəsarət alan 5-ci şəxs isə Facir Mahir oğludur. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.