Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lerikdə qeyri-adi təbiət hadisəsi: qarın üstünü soxulcanlar basdı

05.03.2020 11:17

Lerik rayonunda ötən gündən yağmağa başlayan qarın hündürlüyü 20 sm-ə çatıb.

Об этом сообщает Роспрес

Saytımızın “Report”a istinadən verdiyi məlumata görə, qarın yağması nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb.

Lakin qarın yağması ilə yanaşı qeyri-adi təbiət hadisəsinin də baş verdiyi bildirilir.

Rayonun Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayevin “Report”a açıqlamasında həyətinə yağan qarın üzərində soxulcanlar müşahidə etdiyini bildirib:

“Səhər yaxşı qar yağmışdı. Birdən həyətdə diqqətimi qarın üzərindəki qırmızı ləkələr cəlb etdi. Yaxına gedib baxanda təəccübləndim. Bunlar torpaqda olan soxulcanlar idi. Fikirləşdim ki, yəqin hardasa külək gölün suyunu göyə sovurub. Sonra tanışlarıma zəng etdim. Bildiyimə görə, Nuravud kəndində də belə bir hal müşahidə olunub”.