Limonu dilimləyib, içinə duz səpin – Özünüzü hamıdan sağlam hiss edəcəksiniz
05.03.2020 11:17Limon kimi ətri olan bitkilər rahatlaşdırıcı özəlliləyə sahibdir.
Об этом сообщает Руспрес
Lakin limon ətri təkcə insanı rahatlaşdırmır həm də sağlamlıq üçün faydalıdır.
Hər zaman limonu çay və sularınıza qoymuşuq amma ən önəmli özəlliyini nəzərdən qaçırmışıq. Əgər bilsəydik ki, limonu yataq otağımızda komodun üzərinə qoymaqla sağlamlığımıza necə böyük xeyir verə bilərik, hər halda bir saniyə belə gözləməzdik. Əslində indi də gec deyil. Bir limonu dörd yerə bölüb, içinə duz səpmin və onu yatarkən otağınızda komodun üzərinə qoyun.
A24.Az yatarkən yanınıza limon dilimləri qoymanın faydalarını sizə təqdim edir:
Gərginliyi azaldır
Stress çox insanın problemidir. Əgər yatarkən otağınıza limon dilimləri qoysanız bu sizi rahatlaşdıracaq. Araşdırmalara görə otaqdakı limon ətri beyini rahatlaşdırır.
Diqqətinizi cəmləməyə faydası var
Limon ətri yuxunuzu qaçıran fikirləri beyninizdən çıxarmanıza yardımçı olacaq. Psixoloqlar limon ətrini özəlliklə də yuxu problemləri olan insanlara məsləhət görür.
Daha yaxşı nəfəs ala biləcəksiniz
Yatmağa çalışarkən burnunuz tutulanda bu əsəblərinizin də gərginləşməsinə səbəb olur. Limon ətri burun tutulmasının qarşısını almaq üçün əla vasitədir.
Yuxunuzu qaçıran həşəratları uzaqlaşdırır
Ağcaqanadların qulağın ətrafında vızıldamasının və insanı dişləməsinin qarşısını alır.
Günə pozitiv başlamanıza kömək olur
Səhər erkən oyanmaq bir çox insan üçün çətindir. Ancaq komodun üzərindəki limon dilimləri erkəndən oyanarkən yaşadığınız çətinliyi və gərginliyi azaldacaq.
Nərmin Kərim

