Lisey müdiri 100-dən çox şagirdə təcavüz etdi – İDDİA
05.03.2020 11:17Ankara Haymanada lisey müdiri S.K.-ya oğlan şagirdlərinə cinsi təcavüz etdiyi iddiası irəli sürülüb. Hadisə ilə bağlı 100-ə yaxın şagird Nazirlər Kabinetinə müraciət edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara cinsi istismar qalmaqalı ilə sarsılıb. Haymanada Nuri Bektaş Anadolu liseyinin müdiri S.K.-dan oğlan şagirdlərə təcavüz etdiyi iddiası ilə Nazirlər Kabinetinə şikayət daxil olub. Müdir vəzifəsindən uzaqlaşdırılıb.
Bəzi şagirdlərin və onların valideynlərinin etdikləri şikayət nəticəsində yarım illik tətillə bağlı araşdırma başladılıb. Nazirlik Nuri Bektaş Anadolu Liseyində bir çox oğlan şagirdlərinin tətil vaxtı məktəbə çağırıldığını bildirib. Nazirlik tərəfindən göndərilən müfəttişlər müəllimlərdən aldıqları məlumatlarla birlikdə 200 nəfərlik yataqxanada olan şagirdlərin ifadələrini də alıb.
Liseyin müəllimləri isə artıq uzun müddətdir bu mövzudan xəbərdar olduqlarını, lakin əllərində konkret dəlil olmadığı üçün məktəb və Təhsil Nazirliyindən çəkindikləri üçün bir şey edə bilmədiklərini deyiblər.
Digər tərəfdən adlarının açıqlanmasını istəməyən bəzi şagirdlər isə “hansı müəllimdən kömək istəyəcəyimizi, hansı müəllimə güvənə biləcəyimizi belə bilmədik. Son çarə olaraq ağlımıza gələn Nazirlər Kabineti oldu” deyə danışıblar.

