Livanda sufilərin “Mövlud Qəndili” mərasimi görənləri dəhşətə gətirdi
05.03.2020 11:17Dünən müsəlman aləmində qeyd edilən “Mövlud Qəndili” Livanda tükürpədən mənzərələrlə yadda qalıb.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müsəlmanlar üçün ən önəmli günlərindən olan Həzrəti Məhəmmədin doğum günü bütün İslam coğrafiyasında böyük bir coşqu ilə qeyd edilib.
Duaların edildiyi, namazların qılındığı bu gündə Livanda çəkilmiş görüntülər isə hər kəsi dəhşətə gətirib.
Belə ki, “Mövlud Qəndili” Livanda işgəncəli rituallarla qeyd olunub. Şiələrin Kərbəlada həyata keçirdiyi ritualların bənzərini həyata keçirən livanlı sufilər bədənlərinə şiş soxub.
Yanaqlarına, qarınlarına və bədənlərinin müxtəlif yerlərinə şişlər salaraq Hz. Məhəmmədin doğum gününü bu formada qeyd ediblər.
Görüntülər böyük müzakirələrə səbəb olub. Bu günü dua və ibadətlərlə keçirən müsəlmanlar Allahın bəndələrinin öz bədənlərinə əziyyət verməsini qadağan etdiyini əsas gətirərək baş verənləri sərt tənqid ediblər.

