Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

London polisi AZAL-ın bələdçilərini sərbəst buraxdı

05.03.2020 11:17

Ötən gün Londonda saxlanılan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin bələdçiləri azadlığa buraxılıb.

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, bu barədə “azvision.az”a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. AZAL rəsmisi qeyd edib ki, bələdçilər yaxın saatlarda Azərbaycana qayıdacaqlar.

Qeyd edək ki, AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

Dünən London-Bakı marşrutu ilə uçan təyyarə Londondan Bakıya qayıdıb.