Londonda müsəlman qadınlardan ibarət zəncir yaradıldı
05.03.2020 11:17İngiltərənin paytaxtı Londonda müsəlman qadınlar terror hücumlarına qarşı aksiya keçiriblər.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadla xəbər verir ki, müsəlman qadınlar terror hücumlarına qarşı etiraz edərək Vestminister körpüsü üzərində toplaşıb birlik nümayiş etdiriblər. Körpü üzərində toplaşan yüzlərlə qadın əl-ələ tutaraq terror hücumunda həlak olanların xatirəsini yad ediblər. Bu aksiyanı təşkil etmiş Londonda yerləşən Qadın Yürüşü Platforması (Women March London) tərəfindən verilən açıqlamada bu ifadələr qeyd edilib:
“Londona qarşı edilən bu terror aktı bizə qarşı edilib. Bu hamımıza qarşı yol verilən zorakılıq aktıdır. İslam dini hər cür zorakılığa qarşıdır”.

