Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lotereyadan 11 milyon qazanan şəxs xərçəngdən öldü – Film kimi həyat

05.03.2020 11:17

A24. az xəbər verir ki, Türkiyənin Ədirnə şəhərində 3 il öncə lotereyadan 11 milyon 345 min, 642 lirə pul qazanan Fuad Özdəmir serrozdan vəfat edib.

Об этом сообщает Руспрес

Kənd təsərrüfatı malları satan bir firmada fəhləlik edən Fuad Özdəmir lotereyadan qazandığı pulu necə xərcləyəcəyini bilmədiyi üçün müdirinə müraciət edib. Elə bundan sonra da onun film kimi həyatı başlayıb.

Bir müddət sonra müdirinin onun pulunu mənimsədiyi iddiası ilə yerli məhkəməyə müraciət edib. Yerli məhkəmə müdirin də biletə ortaq olduğu qərarını verəndən sonra iş daha da böyüyüb və ali məhkəməyə qədər gedib çıxıb.

Gecəqondudan sonra lüks ev və maşına sahib olan Özdəmir ağır qəza keçirib. Satın aldığı iş yeri silah atəşinə tutulub. Yaxınlarına ev alıb, bayramlarda ətrafındakılara yardım edən Özdəmir 3 il içində lotodan qazandığı bütün pulu xərcləyib.

Spirtli içki aludəçisi olan Özdəmir bu ilin yanvar ayından serrozdan müalicə almağa başlayıb. Lakin dünən gecə həkimlərin bütün müdaxilələrinə baxmayaraq, serroza bağlı qanaxmadan vəfat edib.

A24.az //Vəsilə İbrahim