Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Maddənin 3 halı: Maye, qaz, bərk

05.03.2020 11:18

Təqdim edəcəyimiz videoda baş nazirin müavini Abid Şərifov 3 halı ilə diqqət çəkir.

Об этом сообщает Роспрес

Birinci halda Türkiyədə baş vermiş Soma faciəsi zamanı Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən anım mərasimində nazir müavini faciədə ölənlərə rəhmət diləyib və gözləri dolub.

İkinci halda isə, Abid Şərifov mayın 19-u 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı yaradılmış komissiyanın ilk iclasında Azərbaycanın Prezidenti İlham Əliyevin qarşısında hesabat verib.

Üçüncü halda isə, jurnalistin sualını kobud şəkildə cavablandıran A.Şərifovun görüntüsüdür.

Xatırladaq ki, ötən həftə baş nazirin müavini Abid Şərifovdan “a24.az” saytının müxbirlərindən biri yanan binada tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab verib: “Nə dəxli var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala! Pressaya nə dəxli var, ay oğul?!”. Onun bu cavabı mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Saytımız həmin 3 halı bir videoçarxda təqdim edir: