Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Made in Azerbaijan” haqqında “Marketinq Meetup” keçirilib

05.03.2020 11:18

Ölkəmizdə marketinq şirkəti deyəndə qazanc əldə etmək məqsədilə göstərdiyi xidmət və fəaliyyətlər toplusu nəzərdə tutulur. Bu fikrin doğru olmadığını Azarketinq Konsaltinq Araşdırma Şirkəti keçiridiyi Meetup 2 görüşü ilə bir daha təsdiq etdi.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki,  oktyabrın 1-i “Made in Azerbaijan” haqqında  II “Marketinq Meetup” keçirilib. Ölkəmizdə kifayət qədər tanınmış nüfuzlu və strateji mövqe daşıyan qurumların marketinq rəhbərlərinin də iştirak etdiyi tədbirdə “Made in Azerbaijan” və “Product of Azerbaijan”ın fərqindən danışılıb. Həmçinin, AzMarketinqin sürpriz marketinq layihələri də təqdim olunub.

Bu görüş hər hansı marketinq yığıncaqlarını çayxanalarda təşkil edən, özlərini “marketoloq ” adlandıran, bu işə ləkə gətirənlərin əlindən zara gəlmiş insanlara əsl Meetup-ın necə olduğunu göstərdi. Bəs milli brend necə formalaşdırılmalıdır, onun tez tanınması məqsədilə daha hansı addımlar atılmalıdır.

İlkin olaraq görüşün məqsədi ,spikerlər və görülən işlər haqqında AzMarketinq Şirkətinin Marketinq Direktoru Eyyub Qarabağlı məlumat verdi.

Daha sonra çıxış edən ADİU-nin rektor köməkçisi Ramil Cabbarov Azərbaycanda bir çox şirkətlərdə destinasiya marketinqinin düzgün aparılmadığından danışdı.

Marketinq Kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı ölkə marketingində PR-in rolu mövzusunda çıxış etdi. Marketoloqun dili ilə desək bəzi nəhəng şirkətlər “Antireklamın özü də reklamdır” prinsipinə əsaslanır. Və müştəri məmnuniyyəti və digər mövzularda köməklik göstərmək məqsədi unudulur: “Əgər bir məhsulun istehlakçı kütləsi genişdirsə, amma o məhsul haqqında ictimai rəy yoxdursa bu zaman məhsulun adı yalnız marka olaraq qalır.  “Made in Azerbaijan” brendi çox həssas və məsuliyyət tələb edən bir işdir. İstehsalımızı və PR-imizi nə qədər sağlam etsək, bir o qədər də mənfi imic qazanmaqdan uzaq olarıq. İş adamlarımız yerli bazarda müəyyən nöqsanlara yol verdikdə bu, onların yalnız öz bizneslərinə təsir edə bilər, ancaq qlobal bazarda səhv etmək öıkəmizin imicinə xələl gətirər. “Made in Azerbaijan” brendi istiqamətində aparılan təbliğat işlərimiz daha da genişlənsə və bu bir milli ruh, milli əqidə halında cəmiyyətimizə daha çox aşılansa biz yaxın zamanlarda həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda daha çox Azərbaycan məhsullarının görə biləcəyik”.

Sonda Azər Türk Bankın Strateji planlama və marketinq departamentinin direktoru Leyla Məmmədova dijital marketinqindəki çatışmamazlıqlardan danışdı. Nəhəng şirkətlərin online sistemlə işləməməsi, bu sistemdən istifadə edən bəzi şirkətlərin məhsulları düzgün təqdim etməməsi “Made in Azerbaijan” brendinə də mənfi təsirini göstərir.

Müzakirə əsasında keçən meetup-da iştirakçılar da öz təkliflərini söylədilər.

Azmarketinq MMC “Düzgün məhsul, düzgün məkan, düzgün vaxt və düzgün qiymətdə” prinsipinə sadiq qalaraq fəaliyyət göstərir. Baxmayaraq ki, şirkət 2008-ci ildə fəaliyyətə başlayıb, amma qısa zaman ərzində kifayət qədər uğur qazanmağa nail olub. Türkiyənin qabaqcıl şirkəti “Brand Suite” LLC ilə əməkdaşlıq müqviləsi imzalayıb. Eyni zamanda Türkiyənin məhşur “Brand Map” jurnalının Azərbaycan üzrə nümayəndəliyi rəsmi olaraq “AzMarketinq” MMC-yə həvalə edilmişdir.  Artıq şirkət 80-ci kontrkatına imza atıb və əməkdaşları 30-dan çox beynəlxalq konfransda ölkəmizi layiqli təmsil edib.

Meetup-da əməyi keçən hərkəsə, xüsusi ilə komandanın üzvlərinə- Tural Abbaslı, Eyyub Qarabağlı, Seymur Quliyev, Qələndər Məmmədliyə və Azərbaycan marketinqinə dəstək verən hər kəsə təşəkkür edirik. İnanırıq ki, Azmarketinq MMC-nin uğurları bununla bitməyəcək və Azərbaycan  bütün dünyanın diqqətini yenidən özünə yönəldəcək.