Madonna “Pepsi”ni sərt tənqid etdi
05.03.2020 11:18Pop musiqisinin kraliçası hesab edilən Madonna “Twitter” hesabındakı paylaşımında Pepsi markasının adını çəkməsə də, bu markaya işarət edərək iradlarını bildirib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Pepsi Kendall Jennerin baş rolda olduğu və qaradərililərə qarşı polis aqressiyasını ciddiyə almamaqla günahlandırılan yeni reklam çarxını geri çəksə də, tənqidlərin qarşısını ala bilməyib. Ən böyük tənqid isə Madonnadan gəlib. O, markanın adını belə çəkmədən çəkdikləri reklam çarxına görə sözügedən markaya şillə kimi cavab verib.
Madonna əlində Pepsinin ən böyük rəqibi olan Coca Cola, əynində də artıq markanın rənginə çevrilən qırmızı rəngli əlbisə olan fotosunu “Twitter” hesabında paylaşıb. Fotonun altına qızıl medal ikonu qoyan Madonna heç bir açıqlama yazmayıb.
Madonna bu paylaşımından qısa zaman əvvəl Pepsinin tənqid olunan reklam filmini paylaşaraq “Ayılıb bu cəfəngiyatın heç bir məna ifadə etmədiyini anladığında!” –deyə yazmışdı.
Xatırladaq ki, “Pepsi”nin 1989-cu ildəki reklam çarxının baş rolunda məhz Madonna oynamışdı. O da eynən Kendal Jenner kimi güclü tənqidi reaksiyalara məruz qalmışdı. Madonnanın “Like A Prayer” mahnısının səsləndirildiyi reklamda yanan xaç göstərilmiş və Madonna qaradərili əzizlə öpüşmüşdü. Bu reklamdan sonra, hətta Papa “Pepsi”nin boykot edilməsini istəmişdi.

