Mahsun Kırmızıgül son filminə qarşı təpkilərə sərt reaksiya verdi: “Bunları edən əxlaqsızlara, namussuzlara, şərəfsizlərə..” – VİDEO
05.03.2020 11:18Mahsun Kırmızıgülün son filmi olan “Vəzir barmağı” ilə bağlı qalmaqal səngimək bilmir.
A24.Az xəbər verir ki, filmdə yer alan səhnələrdə Osmanlı dövlətinə, İslama zidd görüntülərin, fikirlərin olduğunu əsas gətirən bəzi bələdiyyə və iş adamları kinoteatrlarında filmin nümayişinə icazə verməyib. Və bundan rejissora təxminən 10 milyon lirə (5 milyon manat) ziyan dəyib. Büdcəsi 14 milyon lirə olan film cəmi 4 milyon lirə gəlir qazandıra bilib.
Bütün bunlara əsəbiləşən rejissorun təhqir dolu videosu yayılıb. Kırmızıgül görüntülərdə müsəlman olduğunu, İŞİD, PPK, FETO və bütün terror qruplaşmalarına qarşı olduğunu, Osmanlıya qarşı zərrə qədər də hörmətsizlik etmədiyini deyir. Rejissor qeyd edir ki, onun filmi haqqında həqiqətə uyğun olmayan informasiyalar yayıb, filmin afişalarını çıxarıb, yayımını saxlayıblar. Ardınca o, bu işi görənlərin, alçaq, vicdansız, əxlaqsız, şərəfsiz olduğunu dilə gətirir.
Об этом сообщает Роспрес

