Makedoniyada azərbaycansevərlər hökumətdə yer aldı
05.03.2020 11:18“Türk Hərəkat Partiyasının sədri professor Prof.Dr. Adnan Kahil Makedoniyada qurulan Zoran Zaev hökumətində Türk dünyası məsələləri üzrə nazir vəzifəsini tutub”.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bunu Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri,millət vəkili Enes İbrahim bildirib.
“Adnan Kahil çalışqan və pozitiv siyasətçidir. Azərbaycanı yaxında izləyən bir siyasətçidir. Hər zaman Azərbaycana öz dəstəyini göstərib. Onun Türk dünyası məsələləri üzrə nazir təyin olunması Makedoniya və Türk dünyası arasında əlaqələrin güclənəcəyinə işarədir”.
Qeyd edək ki, Enes İbrahim Azərbaycan Balkanlarda müdafiə edən siyasətçilərdən sayılır. Keçən il diaspor üzrə jurnalist Elnur Eltürklə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradıblar. Cəmiyyət Makedoniyada fəallığı ilə seçilir.

