Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Makiajsız gözəl görünməyin yolları

05.03.2020 11:18

Sağlam üz dərisi makiajsız da gözəl görünməyi bacarır. Əgər üz dərinizi təmizləyə bilsəniz sağlam dərinin də təməllərini qoya bilərsiniz.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, makiajsız gözəl görünməyin yolları aşağıdakılardır:

  1. Dərinizi gündəlik olaraq hər axşam keyfiyyətli kremlərdən istifadə edərək nəmləndirin. Axşamlar yaşınıza və dəri tipinizə uyğun olaraq istifadə etdiyiniz kremlər səhər daha parlaq simayla oyanmağınıza kömək edəcək.
  1. İşləyən xanımların ən çox istifadə etdikləri ləvazimat gözaltı örtücüləridir. Lakin gözaltı ağır kremlərdən istifadə etməkdənsə, yatmazdan öncə gözaltı kremlərlə dərini dinləndirmək sizi ağır iş günündə ağır makiajdan qoruyacaq.
  2. Artıq hər kəs yuxunun cavan dəri üçün nə qədər önəmli olduğunu bilir. Dərinin yenilənməsi üçün gündə azı 7 saat yatmaq şərtdir. 
  3. Həftədə bir dəfə yararlanacağınız pilinq dərinizi ölü hüceyrələrdən ayıracaq və sizə yeni rəng qatacaq.
  4. Tuş xanımların makiaj vaxtı ən çox istifadə etdiyi ləvazimatdır. Çünki qadınlar uzun və dolğun kipriklərlə özlərini daha gözoxşayan hiss edir. Lakin belə kipriklərə qovuşmanın tək yolu tuş deyil. Hər gecə yatmazdan öncə kpriklərizi bir miqdar vazelin çəksəniz arzuladığını görünüşə sahib olacaqsınız.
  5. Göz qələmi və sürmədə gündəlik istifadə edən xanımlar onlarsız özlərini əksik hiss edirlər. Əslində isə, göz damlalarından istifadə edərək daha kəskin baxışlara sahib olmaq olar. Əgər yorğun iş günündən sonra gözlərinizdə qırmızılıqlar yaranıbsa həkimə müraciət etmək şərtdir.
  6. Dodaqlar makiajsız şəraitdə ən çox diqqətçəkən nöqtələrdir. Yaxşı pilling istifadəsi isə solğun dodaqlardan qurtularaq va dolğun və rəngli görününmə sahib olacaqsınız. Ölü hüceyrələrdən qurtulmaq üçün həftədə bir dəfə diş fırçası isə dodaqlarınızı fırçalamaq sizi daha canlı bir rəngə qovuşduracaq.
  7. Makajsız gözəlliyinizi gözəl bir gülüşlə taclandıra bilərsiniz. Bəmbəyaz bir gülüş hər şeydən daha çox cəzbedicidir. Bəyazlaşdırıcı diş məcunlarından istifadə edərək daha təsiredici gülümsəməyə sahib ola bilərsiniz.
  8. Bir xanım makiajsızdırsa o zaman saçlarına daha çox diqqt ayırmalıdır. Arxadan yığılmış at quyruğu və ya təbii dalğalar  sizin sadəliyinizə görkəmli gözəllik qata bilər.