Makiyajsız halını görəndə sevgilisi şoka düşdü
05.03.2020 11:1822 yaşlı Sofia Ridlinqtonun gizlətdiyi böyük sirr ortaya çıxınca bütün həyatı dəyişib.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Sofia yetkinlik dövründə olarkən ona sədəf xəstəliyinin diaqnozu qoyulub. Gənc qızın verdiyi açıqlamaya görə, onda olan sədəf xəstəliyi dərisinin davamlı olaraq çatlamasına və qanamasına səbəb olur.
Uzun müddətdir üz dərisindən utanan Sofia makiyajsız və uzun qol geyinmədən çölə çıxa bilmir. Makiyajsız çölə çıxdığı zaman isə insanların əcaib baxışlarına məruz qalır. Gənc qızın bu vəziyyəti sevgilisi tərəfindən öyrənildikdən sonra daha da pisləşib. Belə ki, sevgilisi Sofianın sirrini öyrəndikdən sonra onu olduğu kimi qəbul etməyib və onlar ayrılmaq məcburiyyətində qalıb. Lakin gənc qızın bu vəziyyəti ona mükəmməl makiyaj etməyi öyrədib. Bununla da Sofia özünə güvənərək makiyaj ustası olmaq üçün təhsil almağa başlayıb.

