Makronla bağlı informasiyaların sızmasında RUSİYANIN izi aşkarlandı
05.03.2020 11:18“WikiLeaks” saytı Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızmasında 9 dəfə Rusiya şirkətinin əməkdaşının adının hallandığını bəyan edib.
Об этом сообщает Роспрес
Saytımızın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “WikiLeaks”in tvitterdəki səhifəsində dərc edilmiş məlumatda bildirilir.
“Sızan “xls_cendric.rar” arxivi üzrə məlumat bazasında Rusiya hökumətinin podratçı “Evrika” şirkətinin əməkdaşının adı 9 dəfə hallanır”, – deyə açıqlamada qeyd olunur. “WikiLeaks” müxtəlif tarixlərin qeyd olunduğu cədvəlin görüntüsünü də dərc edib. Həmin cədvəldə Roşka Georgi Petroviç adı 9 yerdə hallanır.
“WikiLeaks”in digər məlumatında isə yuxarıda qeyd olunan “Evrika” şirkətinin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqəli olduğu qeyd olunub.
Bundan əvvəl “WikiLeaks” Fransa prezidenti postuna namizəd Emmanuel Makronun seçki qərargahının konfidensial yazışmalarının sızması barədə məlumat yayıb.
Qeyd edək ki, Makronun komandası bir neçə gün əvvəl qərargahın elektron poçtunun haker hücumuna məruz qaldığını bəyan etmişdi. Nəticədə seçki qərargahına məxsus konfidensial informasiyaların sızması baş vermişdi.

