Malik İsaqov Yasamala icra başçısı təyin olunur?!
05.03.2020 11:18Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.
Ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerini tutmaq uğrunda cox ciddi mübarizənin başlandığına dair xəbərlər yayılmaqdadır. Məsələ ondadır ki, Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal, hakimiyyətdaxili klanların öz nəzarəti altına almaq istədiyi əsas ərazilərdən biri hesab olunur. Bu rayonun “qiyməti” son illər daha da artıb. Rayonda irimiqyaslı söküntü və tikinti işlərinin həyata keçirilməyə başlaması “qaz vurub qazan doldurmaq” niyyətində olan klanların Yasamala olan marağını daha da artırıb. Klanlar öz adamlarının başçı təyin edilməsinə nail olmaqla, rayonda aparılacaq söküntü-tikinti işlərini də nəzarət altına almaq, ərazidə həyata keçirəcəkələri bina, ticarət mərkəzləri, otel tikintiləri ilə böyük pullar qazanmaq niyyətindədirlər.
Об этом сообщает Футляр от виолончели
Yasamala namizəd kimi bir neçə şəxsin adı çəkilir

