Manat TƏHLÜKƏDƏ – FED uçot dərəcəsini artıracaq
05.03.2020 11:18“FED-in il ərzində 3 dəfə uçot dərəcəsi artırması bazarlarda çalxalanmaya səbəb ola bilər”
Об этом сообщает Руспрес
Bunu A24.Az-a açıqlamasında iqtisadçı Məhəmməd Talıblı FED rəsmisi Patrick Harkerin “mart ayında dolların faiz dərəcəsinin artırılmasının masada müzakirə olunacağı” barədə açıqlamasını şərh edərkən deyib.
“FED mart ayında uçot dərəcəsini artıracaq” – M.Talıblı
İqtisadçının sözlərinə görə, FED-in il ərzində 3 dəfə uçot dərəcəsi artırması adi hal deyil:
“FED-in qərarının belə kəskin artırılması təcrübəsi yoxdur. Uçot dərəcəsini 3 dəfə artırmaq adi hadisə deyil. Bu, bazarların çalxalanması və bəzi iqtisadi kataklizmlərə yol açan amil ola bilər. Ona görə, bir iqtisadçı kimi belə proqnozlaşdırıram ki, növbəti görüşdə uçot “stavkası” nisbi faizlə artırılacaq. Bu, gələn ay baş verəcək. Çünki FED-in növbəti toplantısı martın 15-də olması planlaşdırılır”.
“FED-in bu addımı atmasının əsas səbəbi avro-dollar proporsiyasında dolların nisbi dəyər itirməsidir. Hətta türk lirəsi də dəyər qazanıb. Ona görə, dolların nisbi dəyər itirməsi belə FED-in preventiv (önləyici) addımlar atmasını zəruri edir. Uçot stavkasından sonra manatın dəyər itirməsi prosesi əvvəlki səviyyəsindən də yuxarı olacaq”, – M.Talıblı əlavə edib.
“Manat beynəlxalq bazarlarda, dünyanın böyük bankları tərəfindən alqı-satqı əməliyyatlarında iştirak etmədiyinə görə, FED-in hər hansı dəyişikliyi ona təsir etmir” – C.İbrahimli
Məsələyə münasibət bildirən iqtisadçı Cəfər İbrahimli A24.Az-a açıqlamasında gələn ay üçün uçot dərəcəsinin artırılacağını deməyin çox çətin olduğunu bildirdi:
“Uçot dərəcəsinin gələn ay qalıdırılıb-qaldırılmayacağı, may ayında artırılacağını indidən demək çətindir. FED-in uçot dərəcəsinin artırıb-artmırmaması birbaşa Azərbaycan Mərkəzi Bankına təsir etmir. Düzdü, uçot dərəcəsinin artırılması müəyyən vaxtdan sonra manatın qiymətinə təsir göstərə bilər. Amma həmin an yox. Çünki bizim manat beynəlxalq bazarlarda, dünyanın böyük bankları tərəfindən alqı-satqı əməliyyatlarında iştirak etmədiyinə görə, FED-in hər hansı dəyişikliyi ona təsir etmir. Ola bilsin ki, 5-6 ay sonra ABŞ dolları kəskin dəyər istirsin və ya bahalaşsın, belə olan halda, bizim ticari tərəfdaşımız olan ölkələrin valyutaları ilə bağlı dəyişmə manata təsir göstərə bilər. Amma FED-in uçot dərəcəsini artırdığı anda bizdə də manatın bahalaşmasını gözləmirəm. Manat rubl kimi deyil ki, dolların uçot dərəcəsi artırılanda həmən təsir etsin”.
Qeyd edək ki, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərracda dolların məzənnəsi 1,7447 səviyyəsində formalaşıb.
Xatırladaq ki, FED-in növbəti iclası mart ayının 14-15-də baş tutacaq. FED rəsmilərinin sözlərinə görə, 2017-ci il ərzində dolların faiz dərəcəsi 3 dəfə artırılacaq.
Orxan Aslanlı