“Manchester City” Agueronu satır
05.03.2020 11:19“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını İtaliyada davam etdirə bilər. A24.az-ın Apasport.az-a məlumatına görə, argentinalı forvard “Milan”ın maraq dairəsinə düşüb.
Об этом сообщает Руспрес
“Rossonyerlər” 29 yaşlı forvardı qış fasiləsində heyətə cəlb etmək niyyətindədilər. “Mançester Siti” rəhbərliyi də bu keçidin əleyhinə deyil. Ancaq “şəhərlilər” yalnız “Arsenal”lı Aleksis Sançesi transfer edəcəyi təqdirdə, Aqueronun “Milan”a keçidinə razılıq verəcəklər.
Qeyd edək ki, Serxio Aquero “Mançester Siti”yə 2011-ci ildə “Atletiko”dan keçib.

