Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Mardan Palace” otelində oğurluq

05.03.2020 11:19

Antalyada azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə “Dünyanın ən lüks oteli” seçilən “Mardan Palace” otelinin hasarları oğurlanıb.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, oğurluq hadisəsi gecə saatlarında baş verib və kim tərəfindən oğurlandığı məlum deyil.

2 metr uzunluğunda olan qızıla rəngə boyanmış 7 hasarı tapmaq üçün polis axtarış işlərinə başlayıb.

Son zamanlar otelin qarşısından keçən vətəndaşlar otelin hasarlarının bir-bir yoxa çıxdığını görüb. Maddi çətinliklərin yaşanmasından dolayı təhlükəsizlik xidmətinin olmamasından istifadə edən oğrular gecə saatlarında otelin ətrafına gələrək hasarları oğurladıqları məlum olub.

Firuzə Alimova / MTM