Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Mardan Palace” Prezident Administrasiyasının idarəçiliyinə keçir? – Xalq Banka 360 milyon ödənəcək? – ŞOK İDDİA

05.03.2020 11:19

Avropanın ən lüks oteli olan Antaliyadakı “Mardan Palace” Prezident Aparatının idarəçiliyinə keçir.

Об этом сообщает Роспрес

Saytımızın əldə etdiyi məlumatda deyilənlərə görə, prezidentlikdən gələn heyət avqust ayı ərzində “Mardan Palace”da araşdırma apararaq otelin idarəedicilərindən və müdirlərindən məlumat toplayıb. Bu dedi-qoduların daha da yayılmasına səbəb avqustun 15-dən bu yana  oteldə rezarvasyaların dayandırılması və qapılarının bağlanmasıdır.

Hətta turizm agentliklərinin internet səhifələrinə daxil olduqda və ya birbaşa soruşulduğu zaman otelin bütün otaqlarının bu ilin noyabrın 1-nə kimi dolu və ya boş olmadığı bildirilir. Üstəlik otaqların qiymətləri də qaldırılıb. Otelin özünə məxsus internet səhifəsində də yuxarıda göstərilən tarixə kimi qapıları bağlıdır. Lakin belə bir bahalı otelin iki ay ərzində rezervasiya edildiyinə inanmaq bir az şübhəlidir.

Əldə edilən məlumatlara görə, Türkiyənin Prezident Aparatı bu oteldə əcnəbi qonaqlarını qəbul etmək və qonaqlamaq üçün istifadə edəcək. Səsləndirilən digər iddialara görə isə, belə bir möhtəşəm otelin və bahalı məkanın əcnəbilərin əlinə keçməsinin qarşısını almaq üçün tədbir görülür.

Çimərliyinə Misirdən bədənə yapışmayan xüsusi qum gətirilən, qapı tutacaqlarında, hamam kranlarında 17 kilo qızıldan istifadə edilən oteli Azərbaycan əsilli Rusiya iş adamı Telman İsmayılov tikdirib. İstanbuldakı tarixi əsərlərdən ilhamlanaraq 180 hektarlıq ərazidə inşa edilən otelin açılışında isə dünyaca məşhur müğənni və aktyorlar iştirak etmiş, otelin açılış gecəsi üçün 50 milyon dolların xərcləndiyi deyilir.

“Turizmin qızıl sarayı” olaraq adlandırılan otel tikildiyi gündən bu günə qədər sancılı günlər yaşayıb. 1,4 milyard dollara başa gələn otelin layihəsinə ən böyük reaksiya Rusiya prezidenti Putindən gəlib. Putin 2009-cu ildə inşasına başlanılan otelə həmin dövrlərdə iqtisadi böhran yaşayan ölkəsinin pula ehtiyacı olduğu halda Türkiyəyə bu qədər pul xərcləməklə layihəyə sərt reaksiya göstərmişdi. Bununla da, deyilənlərə görə, Putin azərbaycanlı iş adamının Rusiyadakı investisiyalarına və şirkətlərinə müdaxilə edərək Telman İsmayılovu iflasa uğratmış və beləcə onu cəzalandırmışdır.

Lakin “istənməyən”, qaranlıq və qarışıq sərmayələrə keçməməsi səbəbi ilə “Mardan Palace” otelinin Türkiyənin qarışıqlıq yaşadığı bir dövrdə Prezident Administrasiyasına keçməsi Türkiyə turizminə zərbə vurmamaqla işlərin aparıldığı bildirilir. Əgər bu, gerçəkləşərsə, “Mardan Palace” Türkiyənin Prezidenti Administrasiyasının Antaliyadakı oteli və minə yaxın işçisi olacaq. Belə olduğu təqdirdə Türkiyənin Prezident Aparatı Xalq Banka 360 milyon lirə ödəyəcəkmi? Bu isə düşündürən başlıca suallardandır?

Əgər “Mardan Palace” Prezident Aparatının ixtiyarına keçərsə, əcnəbi qonaqların yerləşdirilməsi üçün ilk məkanlardan biri olacaq. Qeyd edək ki, oteldə sonuncu dəfə G-20 sammiti üçün gələn Səudiyyə Ərəbistanı kralı qalıb.

Gecəsi 9 min dollardan başlayan son dərəcə lüks otelin otaqları dövlət işlərindən başqa günlərdə boş qalacaq. Otelin otaqlarının təmizliyi və baxımı üçün və digər ehtiyaclar üçün günlük bir neçə yüz min dolların xərclənəcəyi də deyilir.

Firuzə Alimova / MTM