“Mardan Palace”dan XOŞ XƏBƏR – Qapılarını yenidən açır
05.03.2020 11:19Antalyada azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 1,4 milyard dollara tikilən və hazırda təmir işləriylə əlaqədar bağlı saxlanılan “Mardan Palace” otelinin 31 mart tarixində yenidən xidmət göstərəcəyi bildirilib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, otelin müdiri Şentepe “Mardan Palace”ın borc batağında olmadığını, ancaq ödəmələri vacib olan bəzi borclarının olduğunu bildirib. Buna qarşılıq olaraq Şentepe əllərində olan mal varlığının onlara yazılan borcun 5 qatı olduğunu dilə gətirib:
“Hər dövrdə şirkətlərin müəyyən sıxıntıları olmuşdur. Bunlardan biri də SGK (Sosial Təhlükəsizlik Qurumu) ödənişləridir. Bu borc qarşılığında idman otelimizi (Mardan Stadı) təminat olaraq göstərmişik. Əslində hərrac yolu ilə satışa çıxarılan hissə otelin idmana aid olan bölməsidir. Otelin özü hacizlik deyil.
Qeyd edək ki, borclardan dolayı bağlı olan “Mardan Palace” oteli sonuncu dəfə hasarlarının oğurlanması ilə gündəmə gəlmişdi.
Firuzə Alimova / MTM

