Marixuananın yetişdirilməsi bu ölkədə də qanuniləşdi
05.03.2020 11:19Hollandiya parlamentinin aşağı palatası marixuananın yetişdirilməsini leqallaşdıran qanun lahiyəsini qəbul edib.
Об этом сообщает Руспрес
Saytımızın TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Demokratlar-66” partiyası tərəfindən hazırlanan və səsverməyə çıxarılan sənəd ziddiyyətə son qoymalıdır: Niderlandda marixuana satışına icazə olduğu halda, onun becərilməsi cinayət hesab olunur.
“Demokratlar-66” partiyasından başqa qanun lahiyəsinin qəbulunu Sosialist partiyası, Əmək Partiyası və bir sıra digər partiyalar dəstəkləyib.
Qanunun qəbuluna səs vermiş partiya əmindir ki, qanun lahiyəsi marixuana yetişdirilməsi ilə bağlı cinayətlərin sayını azaltmağa imkan verəcək.

