Mark Zukerberq məzuniyyət törənində iman və duadan danışdı
05.03.2020 11:19“Facebook” sosial şəbəkəsinin qurucusu və baş icracı direktoru Mark Zuckerberq bu yaxınlarda Harvard məzuniyyət törənində çıxış edərək, iman və dua mövzusunu müzakirə edib.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, Zukerberq, əvvəllər Harvard tələbəsi olmuş və sonralar o, təhsilini yarımçıq qoymasına baxmayaraq, 28 may 2017-ci il tarixində həmən prestijli təhsil müəssisəsindən fəxri dərəcə ilə məzun adını almışdır.
O, yəhudi ailədə tərbiyə almış, lakin sonralar iman və dinin vacibliyinə şübhə ilə yanaşmağa başlamış, hətta bir müddət ateist də olmuşdur. Lakin Milad ərəfəsində “Facebook”da Prissilla (həyat yoldaşı), Maks (qızı) və öz adından Milad və Xanuki münasibəti ilə paylaşdığı təbriklə, qəlbində bu mövzuda dəyişikliklər yarandığını göstərmişdir.
“Washington Post”un verdiyi məlumata görə, abunəçilərindən biri onun paylaşımına: “Siz ateist deyilsinizmi?” sualı ilə bildirdiyi rəyinə, Zuckerberq: “Xeyir, mən yəhudi tərbiyəsi almışam. Daha sonra mənim Tanrıya suallar verdiyim dövr oldu, indi isə hesab edirəm ki, din çox vacibdir” – cavabını verib.
O, keçən həftə Harvardda məzuniyyət törənindəki çıxışı ilə bu mövqeyinin səmimiyyətini sübüt etdi. Bu çıxış zamanı Zuckerberg “Mi Şəbayrah” yəhudi duası haqda danışaraq, bu duanı hər gecə qızını yatmağa qoyarkən oxuduğunu söyləyib, duadan sitat gətirib.

