Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mark Zukerberqdən dünyanı dəyişdirəcək 5 layihə

05.03.2020 11:19

“Facebook”un qurucusu Mark Zukerberq son illərdə 5 layihəyə çox böyük  yatırım edir.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, Zukerberq bu layihələrin dünyanı dəyişdirəcəyinə inanır.

Həmin layihələr haqqında məlumatları sizə təqdim edirik:

Zukerberqin dünyanı bir-birinə bağlamaq üçün hazırladığı bu layihənin məqsədi internetin hər kəs üçün sərfəli və əlçatan olmasıdır. Bu layihə bütün dünyadan olan insanları böyük bir internet şəbəkəsi altında birləşdirəcək. Hazırlanmasına 2013-cü ildə başlanılan layihənin nə zaman təqdim olunacağı məlum deyil.

Fərdi təhsil- Andela

Həyat yoldaşı Prisçilla Çanla  bərabər yatırım etdikləri “Andela.com”-un məqsədi gələcəkdə təhsil sisteminin fərdi və onlayn qaydada icra olunmasına keçidin təmin edilməsidir.

Çan Zukerberq Biohub

Markın həyat yoldaşı Çanın da rəhbərlik bu layihəyə indiyə qədər 3 milyard dollardan çox yatırım edilib. Layihənin məqsədi böyük sağlıq problemlərinə çarə tapmaqdır.

Süni Zəka

Layihənin məqsədi görmə əngəllilər üçün görüntüləri açıqlamaq, saxta xəbərləri seçib əngəlləmək, terror təbliğatlarını əngəlləməkdir. Layihənin bu il təqdim ediləcəyi gözlənilir.

Virtual Gerçəklik

“Facebook”, 2012-ci ildə virtual gerçəklik məhsulu olan “Oculus”u 2 milyard dollara almışdı. Zukerberq bu layihənin insanların bir-birinə qarşılıqlı təsirində və  ünsiyyətində böyük rol oynayacağını düşünür.

Nərmin Kərim, A24.Az