Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Marketlərdə ən çox satılan tualet kağızlarının kəşf tarixindən – Qoyun yunu, ağac yarpaqları, ot və meyvə qabıqları…

05.03.2020 11:19

XIV əsrdə ilk dəfə Çində istehsal edilən tualet kağızları  insanlıq tarixi üçün böyük kəşflərdən biri olaraq dəyərləndirilir. Bəs tualet kağızı bu günümüzə qədər necə gəlib çıxıb?

Об этом сообщает Руспрес

A24.Az tualet kağızınını tarixi inkişaf mərhələsini təqdim edir:

1 – Tualet kağızı ilk dəfə VI əsrdə Çində istifadə edilib. Çinli dövlət məmuru Yan Zhitui 589-cu ildə üzərində fəlsəfədən müəyyən hissələrə yer verdiyi kağızları oxuduqdan sonra tualetdə istifadə edilməsi üçün xalqa təqdim edib.

2 – Həmin illərdə dünyanın bir çox yerində təmizlik işləri su ilə həyata keçirilirdi. Lakin çinlilər XIV əsrdə tualet kağızını daha da inkişaf etdirərək 700 min ətirli yarpaq istehsal etməyə başladılar.

3 – Lakin bu yenilikdən əvvəl insanlar yaşadıqları mədəniyyətə uyğun təmizlik işlərini görürdülər. Təmizlik həm mədəni, həm də yaşadıqları cəmiyyətdəki fərqli qruplarda müxtəlif olurdu. Bəzən ağac yarpaqları, bəzən də qoyun yunu tualet kağızı kimi istifadə edilirdi.

4 – XIV əsrdə yarpaq, ot, uzun yarpaqlı kollar, qarğıdalı yarpaqları, meyvə qabuqları, dəniz balıqqulağıları, daş qum, yosun və su kimi fərqli vasitələrdən eyni məqsədlər üçün istifadə ediblər.  Lakin imkanlı şəxslər isə fərqli vasitələrlə – yun, güpür və ya çətənə kolun yarpaqları ilə tualet kağızını əvəz edirdilər.

5 – Məsələn, qədim Romada tualet kağızının yerinə gül suyuna batırılmış yunlardan istifadə edilirdi.

6 – Fransızlar isə güpür və xaş-xaşdan istifadə etməyi uyğun görüblər.

7 – Amerikalılar isə qarğıdalı yarpaqlarından və vaxtı keçmiş təqvimlərin vərəqlərindən tualet kağızı kimi istifadə edirdilər. Lakin artıq XIX əsrdə tualet kağızı istehsal sahəsi kimi inkişaf etməyə başladı.

8 – 1857-ci ildə Cozep Qayetti ilk tualet kağızlarını Nyu yorkda satışa çıxarıb.

9 – Bu gün istifadə etdiyimiz tualet kağızlarını ilk dəfə 1890-cı ildə Skott “Kağız Şirkəti” adlı bir şirkət açmağa başlayır.

10 – Daha sonra 1935-ci ildə keyfiyyət və dözümlülük baxımından üzərində bəzi işlər aparılaraq parçalanmayan ilk tualet kağızını “Northern  Salfet Şirkəti” istehsal etməyə başladı. Marketlərdə qarşımıza çıxan “ikiqatlı yumuşaq” tualet kağızları yenə “Northerm Salfet Şirkəti” tərəfindən 1942-ci ildə istehsal edilərək cəmiyyətə təqdim edilib.

11 – Həmin dövrdə istehsalçılar iki növ tualet kağızından birini seçmək məcburiyyətində idilər. Bunlardan biri “yumuşaq”, digəri isə “sərt” tualet kağızı idi. Sərt kağızlar daha ekonom idi. Həmin dövrdə istehsal edilən tualet kağızlarının üzərində “İndi əllərinizi yuya bilərsiniz” kimi cəmiyyəti tualet kağızından istifadə etməyə təşviq edən yazılar yer alırdı. 

12 – İki kağız növü arasında qiymət fərqi seçildikcə “yumuşaq” olanından çox istifadə edilməyə başlandı.

13 – Lakin dünyada tualet kağızına olan maraq İkinci Dünya müharibəsindən sonra 1950-ci illərdə artmağa başladı.

Firuzə Alimova / A24.az