Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Marneulidə “Gürcü Arzusu”nun namizədinin qələbəsi qeyd olunur

05.03.2020 11:19

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının tərəfdarları Marneulidə icra başçısı vəzifəsinə namizəd Temur Abazovun qələbəsini qeyd edirlər.

Об этом сообщает Руспрес

A24.az APA-ya istinadən xəbər verir ki, rəsmi nəticələrin elan olunmasa da, rayonun mərkəzi küçələrində “Gürcü Arzusu”nun bayraqları olduğu maşın karvanları siqnal verərək partiyanın yerli qərargahı istiqamətində hərəkət edir.

Marneuli rayonunda yerləşən bəzi seçki məntəqələri qarşısında gərginlik yaşanıb. Müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları bəzi seçki məntəqələri qarşısında aksiya keçiriblər. Onlar Marenulidə seçkilərdə Ə.İmamquliyevin qələbə qazandığını iddia edirlər.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələri barədə rəsmi məlumatı bu gecə saat 02:00-da açıqlayacağı gözlənilir.