Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mart soyqırımı İçərişəhər “Cümə” məscidində qeyd olunub

05.03.2020 11:19

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi ölkənin dini ibadət yerlərində, o cümlədən İçəri şəhər «Cümə» məscidində də qeyd olunub.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, məsciddə keçirilən tədbirdə İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu Hacı Surxay Məmmədli qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələrində və dünyanın bir sıra ölkələrində 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Lənkəranda və Azərbaycanın digər bölgələrində   azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi qurbanlarının xatirəsi gününə həsr edilmiş tədbirlər keçirilir:”Həmin zaman erməni millətçiləri tərəfindən  azərbaycanlılara qarşı analoqu olmayan qəddarlıqlar həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılaraq dağıdılmış, milli mədəniyyət abidələri məhv edilib. Onların əziz xatirəsini yad etmək bu gun biz müsəlmanları borcudur”.

Hacı Surxay bildirib ki, bir gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində soyqırım hadisəsinin ildönümü ilə bağlı böyük toplantı keçirilib. beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar müraciət qəbul edilib, respublikamızın bütün məscidlərində,  dini icmalarında  matəm tədbirlərinin keçirilməsi tövsiyə olunub.

Bununla əlaqədar İçəri şəhər «Cümə» məscidində də martın 31-də keçirilən namaz soyqırım hadisəsi qurbanlarının, həmçinin  torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə həsr olunub. Məsciddə faciə qurbanlarının xatirəsinə  dualar oxunub və ehsan mərasimi təşkil olunub.