Masallıda iki ağır qəza – Ölü və yaralılar var
05.03.2020 11:19Masallı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. A24.Az xəbər verir ki, Təzə Alvadı kəndində rayon sakini Rəhim İsmayılovun idarə etdiyi “Mercedes” və Cəlilabad rayon sakini Mirqoşqar Mürsəlovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillər toqquşub.
Об этом сообщает Роспрес
Nəticədə “VAZ-2101″in sürücüsü M.Mürsəlov hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.
Masallıda digər bir hadisə zamanı isə piyada həyatını itirib. Belə ki, Masallı şəhərində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Vüsalə Cavadova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Hadisəni törədən “QAZ-32213” markalı avtomobilin sürücüsü – Ərkivan qəsəbə sakini Əzizəli Həşimov könüllü Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Hər iki faktla bağlı araşdırma aparılır.

